EYILDIK,DUZ OLMADIK
***
Yarışdıq içimizdə, Qarışdıq içimizdə, Qırışdıq içimizdə, Əyildik,düz olmadıq. * O şey ki,zatı bəlli, Anlamadıq əməlli, Bölündük əlli əlli, Calandıq yüz olmadıq. * Hərf,hərf yazıldıq, Daş divara qazıldıq, Neçə cürə yozulduq, Səs olduq,söz olmadıq. * Vahid,yönün bəridi, Güvəndin, dağ əridi, Ağlayan göy kiridi, Kiriyən göz olmadıq. *** |