ALDIRMA GONUL ALDIRMA
***
Tanrı büyük,qoymaz,na çar, Ayın doğar,günün saçar, Sənin də gonçan gül açar, "Aldırma gönül aldırma". * Söz bulamam bu bəstəyə, Dilim dönmür şikəstəyə, Rəhm eləyər mən xəstəyə, "Aldırma gönül aldırma". * Bu qızlar ceyran sürüsü, Ürkən gözləri irisi, Səni də sevər birisi, "Aldırma gönül aldırma". * Göçən durma səfinə bax, Züy tutanın dəfinə bax, Mən qəm əhli,kefinə bax, "Aldırma gönül aldırma". * Ölən bir gün diriləcək, Dünən toxum,bu gün çiçək, Aç şişəni suzək içək, "Aldırma gönül aldırma". * Dodaq dadar,dilə qalmaz, Geçər möhnət,çilə qalmaz, Bu dövran da belə qalmaz, "Aldırma gönül aldırma". *** |