BAHAR UMDUM MEVSIMLERDEN
***
("Yazıram dünyanı dəyişmək üçün" şeirlərindən) *** Mövsümləri yazdım tək tək, Yazı yazdım ayaz oldu. İlk baharın yaşıl rəngi Sətirlərdə bəyaz oldu. * Fələk dedim,yoldaş oldum, Anlatdı nə başa saldı. Bahar umdum mövsümlərdən, Güzarımı qışa saldı. * İçim,dışım,barm aqlarım Qışın buzu,sırsırası. Xəzan yazdım kövrələndə, Qanadı gönlüm yarası. * Bulud yazdım,yağmur küsdü, Haçalandı fikirlərim. Döngələrin dumanında Yada düşdü şükürlərim. * Söz aldım torpaqdan,daşda n, Verəni alana qatdım. Nəfəsimi rüzgarlara, Başımı yalana qatdım. * Neçin böylə şaşırmışdım, Kef dalınca qəm gəlirdi. Ayaqlarım yorğanıma Sətirlərdə kəm gəlirdi. * Göz açınca yarınlara Umutlarım yarğılandı. Məzar dedim bu dünyaya, Enim boyum qarğılandı. * Bədəsilə kahbe dedim, Xanadan xallarım düşdü. Qol qoymadım hizmətinə Fəratda qollarım düşdü. * Ora bura daşımaqdan Sözümün canı üzüldü. Halal himmet kəlmələrim Tək tək qursuna düzüldü. * QAPI AÇDIM UMUTLARA... * Qapı açdım umutlara Geçənləri sayamadım. Dostlar vardı,göçdü getdi... Göçənləri sayamadım. * Çalxalandı beynim başım, Fikrim boğanağa düşdü. Örkənimin həmən ucu Yenə doğanağa düşdü. * Sevgi yazdım,mürəkkəb ə Gözümün yaşı qarışdı. Umulara, küsülərə Qələmin başi qarışdı. * Eşqi duyan dodaqlarım Bəm yerinə zil oxudu. Gəzdim Məcnun səhrasını Ayaqlarım dil oxudu. * Şərbət bildim,şüşəsind ə Çaxırlandı yazılarım. Oxunmadı,dəftər lərdə Paxırlandı yazılarım. * Vergülünə ağız büzüb Nöqtəsinə tüpürdülər. Əzik üzük kağızları Çöpə atıb süpürdülər. ... (davamı) *** |
harika şiir okudum
kutlarım şair yüreğini
her yönüyle
şiir gibi şiir paylaşımı
tebrik ederim