Zamanın Gerdişi Eyende Bizi
ZAMANIN GƏRDİŞİ ƏYƏNDƏ BİZİ
Xalqım köçdü, yağmalandı ellərim, Zamanın gərdişi əyəndə bizi. Itin də, qurdun da dilinə keçdik, Iblislər qarğayıb söyəndə bizi. Bu dünyada günahgarmı doğulduq? Səbəb nəydi?- parçalandıq, dağıldıq. Mancanaqda ovum-ovum ovulduq, Fələyin qırmancı döyəndə bizi. Qoruna bilmədik yalın əl ilə, Yürütdülər, daş-kəsəkli yol ilə, Həyatımız keçdi qeylü-qal ilə, Tanrımız gözündən qoyanda bizi. Içimizdə fürsət bulanlar oldu, Düşmənə yardımçı olanlar oldu, Ah çəkib saçını yolanlar oldu, Yağılar əl atıb soyanda bizi. Elə ki, milləti tutdumu bəla! Köç gedir, bir daha qayıtmır dala, Coculu güvənmir dövlətə-mala, Şad olar bu dünya duyanda bizi. |
Səbəb nəydi?- parçalandıq, dağıldıq.
Mancanaqda ovum-ovum ovulduq,
Fələyin qırmancı döyəndə bizi.
qeredeşim duyqulrına sayqılar. parçalansaqda yüreğımız bir birimize çırpınır
muhammed1347 tarafından 12/31/2013 10:09:07 PM zamanında düzenlenmiştir.