İntikamı Yaman Olur Kulların
İNTİQAMI YAMAN OLUR QULLARIN
Qul haqqını yeyənlərə bəllidir, Intiqamı yaman olur qulların. Dağılacaq bir gün səbrin kasası, Açılanda susdurulan dillərin, Intiqamı yaman olur qulların. Istismarın, hər zülümün həddi var, Hər zülümə dözməyin də səddi var, Üsyankarın əyilməyən qəddi var, Zəncirindən açılanda qolların Intiqamı yaman olur qulların. Məzlumlar dünyanın köləsi deyil, Nə haqqsız yaşayıb, öləsi deyil, Qisas qiyamətə qalası deyil, Bir ümid var, axırında yolların, Intiqamı yaman olur qulların. Coculu der, zalımlara sözünü, Bəsdir qırdız məzlumların gözünü, Bircə dəfə görsəniz sərt üzünü, Qabağında durmaq olmaz sellərin, Intiqamı yaman olur qulların. Dayanmasaz, elə zaman gələcək, Otuz yeddi, onda yalan olacaq, Dünya yenə boşalacaq, dolacaq, Insafı yox silah tutan əllərin, Intiqamı yaman olur qulların. |
Nə haqqsız yaşayıb, öləsi deyil,
Qisas qiyamətə qalası deyil,
Bir ümid var, axırında yolların,
Intiqamı yaman olur qulların.
İntikamı yaman olur kulların............ Haklı dizeleri yazan usta kalemi
Ayakta alkışlıyorum beğeni ile okudum
_____________________________Saygılar usta