NE MUTLU, TÜRK DEYENEM
NƏ MUTLU, TÜRK DEYƏNƏM
Bir barış yolçusuyam, Öz soyuma bağlıyam. Suyum-Soyum bəllidir, Türkəm, mən Türk oğluyam. Bu cahana bəyanam. Nə mutlu, Türk deyənəm. Oğuz babam gücünü Göydən, Bozqurdan alıb, Üç qitəyə hökm edən Tanrının oğlu olub. Düşmən qəddin əyənəm. Nə mutlu, Türk deyənəm. Sinə gərib düşmənə, Yeddi dövlət devirdim. Mustafa Kamal, paşam, Çanaqqala and yerim. İşğalçını, döyənəm. Nə mutlu, Türk deyənəm. Ədalətim bəllidir, Haqqla mayalanmışam. Əqidə, inamımı, Göytanrıdan almışam. Acizlərə həyanam. Nə mutlu, Tütk deyənəm. |
VAROL Kardeşim.
Selamlar.