2
Yorum
4
Beğeni
5,0
Puan
837
Okunma
Yıllar taşdan gilə gilə süzüldü,
Ömür dedim,kervan kibi düzüldü,
Neylədimsə,hesabıma yazıldı,
Günahımı saya saya qocaldım,
Bakdım günə,bakdım aya qocaldım.
Sızıltadım yel kavuran gülümə,
Mızıltadım söz tutmayan dilimə,
Üç adamlık yükü çatdım belimə,
Çəkəmədim,kürəyimdə, qocaldım,
Damar damar ürəyimdə qocaldım.
Soruşmadım filankəsi de mənə,
Gülü sevdim,güzar etdim çəmənə,
Hayat ki,var hiç bilmədim nəmənə,
Sarhoş oldum,şişələrdə qocaldım,
Gün tutmayan köşələrdə qocaldım.
Nə bileydim günəş batar,ay doğar,
Bir paramız doğduğunu zay doğar,
Dağlar kızı anasına tay doğar,
Cemalına baka baka qocaldım,
Ürəyimi yaka yaka qocaldım.
Mühtac oldum bir gecəlik amana,
Verəmədim umduğumu umana,
Kahrolasan görüm,belə zamana,
Çilə çəkdim gözdən iraq qocaldım,
Takvimlərdə varaq varaq qocaldım.
Gənclik ötdü mən almamış kamını,
Külək atdı başım üstən damını,
Tadamadım məhəbbətin tamını,
Ömür geçdi sənə sənə qocaldım,
Saçımdakı bakdım dənə qocaldım.
*
5.0
100% (3)