Ömür gözdəmir
Ömür gözdəmir
Dinlə deyim həqiqəti, Özdemir*, Əzəcək də çəkic, zindan, döz dəmir, Körükdə köz, kösöv, kömür gözdəmir. Döyüldükcə döyüləcək, söz dəmir, Zaman gedir, axı ömür gözdəmir. Yaş ötdükcə ürək qüssə, qəm əmir, Dəli könül qəhərlənir, qəmlənir, Göz yol çəkir, göz göynəyir, nəmlənir, Qulaqlarda küy, uğultu, səs - səmir, Zaman gedir, axı ömür gözdəmir. Əldə əsa, diz büdrəyir, əl əsir, Yavaş-yavaş gözdə işıq, nur sönür, Qaş səyriyir, dil titrəyir, nitq əsir, Dövranın növrağı tərsinə dönür, Zaman gedir, axı ömür gözdəmir. Gün günə culanar, ay da ki, aya, Baxta-baxt, yaşaya, kim çıxa yaya, Müvəqqəti müsafiriq dünyaya, İnsan nə daş, nə dəmirdi, nə qaya, Zaman gedir, axı ömür gözdəmir. Eşq ucundan neçə canlar zay oldu, Sevib – sevilməyin sonu vay oldu, Leyli–Məcnun, Əsli–Kərəm bay oldu? Hüseyn de ki, torpaqlara pay oldu. Zaman gedir, axı ömür gözdəmir. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ * - Özdemir – Türk şairi Hamdi Özdemir nəzərdə tutulur. 18.03.2013-cü il |
Baxta-baxt, yaşaya, kim çıxa yaya,
Müvəqqəti müsafiriq dünyaya,
İnsan nə daş, nə dəmirdi, nə qaya,
Zaman gedir, axı ömür gözdəmir.
Eşq ucundan neçə canlar zay oldu,
Sevib – sevilməyin sonu vay oldu,
Leyli–Məcnun, Əsli–Kərəm, Şirinlər
Hüseyn de ki, torpaqlara pay oldu.
Zaman gedir, axı ömür gözdəmir.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Kocalırıx axı ömür qödemir....... Gardaş
Çok sağol gözeldi severek oxudum......
Salam