Belə olasan, olanda da
Belə olasan, olanda da
"Belə bac alasan bac alanda da". Zəlimxan Yaqub Doğru sözü doğrayaram, yeyərəm, Əzizləyər, lap əhsən də deyərəm, Yalan sözü yamanlaram, döyərəm, Belə ac olasan, ac olanda da. Beş günlük qonaqsan fani dünyada, Yaltağın yolunda baş vermə bada, Məclis, mərəkədə çəksinlər başa, Belə tac olasan, tac olanda da. Dost ilə qol - qola gəzəsən qoşa, Vərdişin, gərdişin gələ də xoşa, Sinən körük kimi qaynaya, coşa, Belə sac olasan, sac olanda da. Hələm-hələm həqiqətdən doyaram, Öyər, öpər, gözüm üstə qoyaram, Xain, xor baxan gözləri oyaram, Belə güc olasan, güc olanda da. Nə odun səngiyə, nə xamran daşa, Nə fikrin, nə zikrin, nə zənnin çaşa, Yax, yaxıl, yandıran bir ömür yaşa, Belə kəc olasan, kəc olanda da. Yaxşı sözü cilalayar, boyaram, Yaman sözü yaman günə qoyaram, Dabbaqda gön, dərisini soyaram, Belə ləc olasan, ləc olanda da. Lal olma, lağ olma, layiq ol ada, Yarınma yağıya, yarama yada, Uyma şər-şeytana, onlar qan-qada, Belə bic olasan, bic olanda da. Girdablar içində illərdi giryan, Həyasız, hərcayi, dünya yox həyan, Hüseyn etdin bəyan, lələ lüt-üryan, Belə gic olasan, gic olanda da. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 16.03.2013-cü il |
Yaltağın yolunda baş vermə bada,
Məclis, mərəkədə çəksinlər başa,
Belə tac olasan, tac olanda da.
NE DOĞRU SÖZLER Dİ BUNLAR
KUTARAM GONULDAN SALAMLAR SAYGILAR