Göyəmi Çıxım Allah
Önümə baxdım ki, önümdə məzar,
Birisi arxamdan quyumu qazar, Sağımda, solumda min mərdiməzar, Göyəmi çıxım mən, indi bəs Allah? Tükənib taqətim, halım qalmayıb, Dəymişim tökülüb, kalım qalmayıb, Yerdə gedəsidə yolum qalmayıb, Göyəmi çıxım mən, indi bəs Allah ? Dedim ki, qələbə şərin deyildir, Haqsızlıq, haqdan ki, dərin deyildir, Dedilər, bu dünya yerin deyildir, Göyəmi çıxım mən, indi bəs Allah ? Dünya korlanıbdır, korlar içində, Hamı çabalayır, torlar içində, Bezdim dolaşmaqdan, karlar içində, Göyəmi çıxım mən, indi bəs Allah ? Bu dərdi, kədəri bitirmək üçün, Dünyaya sevinci gətirmək üçün, De, sənə səsimi yetirmək üçün, Göyəmi çıxım mən, indi bəs Allah ? Göyəmi çıxım mən, indi bəs Allah ? |
Sevgilerimle...