GƏL BAHARIM
Gəl içimdən qov bu qəmi,
Aç sevincli bir aləmi, Gətir yenə, o xoş dəmi, Gəl Baharım, gəl könlümə!!! Gəl, bitsin qış, soyuq, şaxta, Doğsun günəş, qara baxta, Aman vermə, keçən vaxta, Gəl Baharım, gəl könlümə!!! Gətir mənə, sevgi gətir, Duyğularım saçsın ətir, İntizarı, dərdi bitir, Gəl Baharım, gəl könlümə!!! Çiçəklənim, güllər açım, Qanadlanım, quş tək uçum, Dörd yanıma sevinc saçım, Gəl Baharım, gəl könlümə!!! Darıxmışam səndən yana, Gözləmişəm, dona - dona, Gəl ki, bu qış, çatsın sona, Gəl Baharım, gəl könlümə!!! Gəl Baharım, gəl könlümə!!! |
Gəl içimdən qov bu qəmi,
Aç sevincli bir aləmi,
Gətir yenə, o xoş dəmi,
Gəl Baharım, gəl könlümə!!!
Gəl, bitsin qış, soyuq, şaxta,
Doğsun günəş, qara baxta,
Aman vermə, keçən vaxta,
Gəl Baharım, gəl könlümə!!!
Gətir mənə, sevgi gətir,
Duyğularım saçsın ətir,
İntizarı, dərdi bitir,
Gəl Baharım, gəl könlümə!!!
Çiçəklənim, güllər açım,
Qanadlanım, quş tək uçum,
Dörd yanıma sevinc saçım,
Gəl Baharım, gəl könlümə!!!
Darıxmışam səndən yana,
Gözləmişəm, dona - dona,
Gəl ki, bu qış, çatsın sona,
Gəl Baharım, gəl könlümə!!!
Gəl Baharım, gəl könlüme
xoş geldin gardaş şeir dünyasına,
Çox gözeldi şeirin beğendim oxuyanda
qelemiye üreğiye saxlık
Salam olsun ata yurduma