BİR ÖMÜRDÜR
Tutub gedirəm bir yolu,
Önüm dərə-təpə dolu, Mən də Allahın bir qulu, Bir ömürdür yaşıyıram. Dəymə mənə, dəyməm sənə, Sevməyirəm fitnə - tənə, Şükür deyib, ötən günə, Bir ömürdür yaşıyıram. Bir gün doğru, bir gün xəta, Ömr edirəm, hey gün sata, Tanrım edib mənə əta, Bir ömürdür yaşıyıram. Olur hər gün bir az talan, Nə olacaq sonda qalan? Yarı gerçək, yarı yalan, Bir ömürdür yaşıyıram. Ruhum cismimin qonağı, Birgə keçirik sınağı, Yandıqca həyat çırağı, Bir ömürdür yaşıyıram. Həyat odum sönənə dək, Candan ruha çönənə dək, Allahıma dönənədək, Mən ruhumu daşıyıram, Bir ömürdür yaşıyıram. |
Tutub gedirəm bir yolu,
Önüm dərə-təpə dolu,
Mən də Allahın bir qulu,
Bir ömürdür yaşıyıram.
Dəymə mənə, dəyməm sənə,
Sevməyirəm fitnə - tənə,
Şükür deyib, ötən günə,
Bir ömürdür yaşıyıram.
Bir gün doğru, bir gün xəta,
Ömr edirəm, hey gün sata,
Tanrım edib mənə əta,
Bir ömürdür yaşıyıram.
Olur hər gün bir az talan,
Nə olacaq sonda qalan?
Yarı gerçək, yarı yalan,
Bir ömürdür yaşıyıram.
Ruhum cismimin qonağı,
Birgə keçirik sınağı,
Yandıqca həyat çırağı,
Bir ömürdür yaşıyıram.
Həyat odum sönənə dək,
Candan ruha çönənə dək,
Allahıma dönənədək,
Mən ruhumu daşıyıram,
Bir ömürdür yaşıyıram.
Azerbaycan Türkçesiyle yazılmış güzel dizeler okuduk bu hayat iniş ve çıkışıyla yaşanacak bazen hüzünleneceğiz bazende güleceğiz, şunu unutmamak gerekir ki burası bir imtihan yeri, imtihanı kazanarak yüce Mevlaya yüz akıyla gidebilenlere ne mutlu şiirinizi beğenerek okudum.Puanım tam.Yunus diyarından selamlar.