Bir payız gecəsi
BİR PAYIZ GECƏSİ...
Bir payız gecəsi, yenədə sənsiz, Əllərim qoynumda xəyala dalıb, Düşünnəm mən səni, səssiz, səmirsiz, Başımın üstünü duman, çən alıb. Soyuqdur, bu axşam, üşüyürəm mən, Xatirən qəlbimi isidə bilmir, Soyuq göz yaşlarım axır gözümdən, Xəyalın gözümün yaşını silmir. Quşlarda oxumur, susub bu axşam, Yəqin mənim kimi səni anırlar. Uçur pərvanələr, alovlanır şam, Qəsd edib canına, mən tək yanırlar. Qovmaq istəyirəm qəmi, kədəri, Gözümün önündən xəyalın getmir. Həsrətin çoxdannan çalıb zəfəri, Nə məni öldürmür, nə azad etmir. Gözümü yumuram, yuxumda gəlmir, Yalandan balıncı qucaqlayıram, İnsafsız xəyalın yaxında gəlmir, Yaxın gəl deyərək sayıqlayıram. Bir payız gecəsi, mən qəmgin, bərbat, Səni düşünürəm, səndən xəbərsiz, Bəlkədə yumuşaq yataqda rahat, Çoxdannan yatmısan, məndən xəbərsiz... |