SARI GƏLİN
İllər boyu fəryad etdin,
Qəlbi yara, Sarı Gəlin. Nə vüsala, kama yetdin, Bəxti qara, Sarı Gəlin. Yandı qəlbin, döndü közə, Cəfalara dözə - dözə, Taleyin gülmədi üzə, Bəxti qara, Sarı Gəlin. Sən bu elin bəxtsiz qızı, Ürəyində nisgil, sızı, Nə bu qismət, nə bu yazı, Bəxti qara, Sarı Gəlin. Səni bizdən alana bax, Dərdə, qəmə salana bax, Fitnəyə bax, yalana bax, Bəxti qara, Sarı Gəlin. İllər boyu etdin tənə, Sahib durun deyə mənə, Bizlərsə lal, susqun yenə, Bəxti qara, Sarı Gəlin. Kimlər deyir "yad" qızısan? Nalə, fəryad, dad qızısan, Azərbaycan - od qızısan, Qəlbi yara Sarı Gəlin, Bəxti qara, Sarı Gəlin. |