ÖLÜMÇÜN DARIXMIŞAM MƏN
Düşmüşəm mən özüm özümdən uzaq,
Şerimdən, nəğməmdən, sözümdən uzaq, Özümdən aralı, gözümdən uzaq, Özüm - özümçün darıxmışam mən. Sönübdür qəlbimdə eşqinin odu, Qalmayıb ömrümün mənası, dadı, Neynirəm özgəni, neynirəm yadı, O, məsud bizimçün darıxmışam mən. Bəxtimi dərdləri yazana verdim, İzimi yolunu azana verdim, Qədrini bilmədim, xəzana verdim, O, solan gülümçün darıxmışam mən. Yerdən ayaq üzdüm, göydən əl üzdüm, Dərdləri inci tək sinəmə düzdüm, Yoruldum, usandım, canımdan bezdim, Sadəcə ölümçün darıxmışam mən. |
Düşmüşəm mən özüm özümdən uzaq,
Şerimdən, nəğməmdən, sözümdən uzaq,
Özümdən aralı, gözümdən uzaq,
Özüm - özümçün darıxmışam mən.
Sönübdür qəlbimdə eşqinin odu,
Qalmayıb ömrümün mənası, dadı,
Neynirəm özgəni, neynirəm yadı,
O, məsud bizimçün darıxmışam mən.
Bəxtimi dərdləri yazana verdim,
İzimi yolunu azana verdim,
Qədrini bilmədim, xəzana verdim,
O, solan gülümçün darıxmışam mən.
Yerdən ayaq üzdüm, göydən əl üzdüm,
Dərdləri inci tək sinəmə düzdüm,
Yoruldum, usandım, canımdan bezdim,
Sadəcə ölümçün darıxmışam mən.
Sıla hasreti özlem yakmış şairimizin gönlünü özlemiş özünü memleketini ve dizelere intikal etmiş bu hasret güzel bir şiir olmuş bizde beğenerek okuduk.Kutluyorum şair kardeşimi puanım tam.Yunus diyarından selamlar.