Gözəllər
Gözəllər
Libasını dümqara, düz, dar geyər, Alqırmızı, dümağ, bəyaz qar geyər, Gah naxışlı, gah narıncı, nar geyər, Başdan - başa tamaşadı gözəllər. Tellər qara, kiprik qara, qaş qara, Sinə dümağ, onda qoşa nar, bara Elə bil ki, qar yağıbdı Qoşqara, Başdan - başa tamaşadı gözəllər. Hörüklər burular eşmələr kimi, Gözləri qaynayar çeşmələr kimi, Göz yaşı dumduru gölmələr kimi, Başdan - başa tamaşadı gözəllər. Bəzənib – düzənər, xınalı əllər, Boynu boyunbağlı, ləçəyi ləllər, Alabəzək, alqumaş da geyərlər, Başdan - başa tamaşadı gözəllər. Əsli – nəcabəti nəsildən bəllər, Gözəlləri gözəl seçər, göz əllər, Sizlik nə var burda ayıb, ay əllər? Başdan - başa tamaşadı gözəllər. Qumralsaçlı, dil – dil ötən qumrudu, Yanaqları yupyumşaqdı, yumrudu, Hüseyn, hüsnü təmiz, safdı, durudu, Başdan - başa tamaşadı gözəllər. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 16.01.2013-cü il |