Qadınların qara saçı
Qadınların qara saçı
Qadınların qara saçı qara yazı, Ağ saçları ahıl çağı ağ yazıdı. Alınına, üz – gözünə düşən qırış Taleyinin tərsə əsən ayazıdı! Qadınları şux saxlayan məncə azı İşvə-qəmzə, sevinc, sevgisi, nazıdı. Gözəllərin göz yaşları yaradan göl Üzülməz göllərin ən dayazıdı! Qara günlü qadınların qara üzü, Çöhrələri çiskin çökmüş çölü, düzü, Qan - qadalı, qan ağlayan Arazıdı, Qadınların qara saçı narazıdı! Ulu tanrı qadınlara tale yazır, Çiy süd əmmiş çiçəkləməz, yolun azır, Öz əliylə öz baxtına quyu qazır, Pozulan da öz taleyi, tarazıdı! Qara paltar qara saçlı qadın da görmüş, Hönkürərək hörüklərin dən-dən hörmüş, Ay – ulduzmu, o göylərdə yanıb, sönmüş? Yoxsa yanıb - sönən gözdə murazıdı?! Qadınların qara saçı qara yazı, Ağ saçları ahıl çağı ağ yazıdı. Qara paltar, qara saçlı bu qadın da Muradına çatmamış bir el qızıdı! Heç görmədim saç ağara sevgidən, Saç ağarar ağrı – acı, qeyridən, Ay Hüseyin, qüssə, qəhər qəlb didən, Qənirsiz bəxtəvər bəxtdən razıdı?! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 08.01.2013 – cü il |
Ağ saçları ahıl çağı ağ yazıdı.
Qara paltar, qara saçlı bu qadın da
Muradına çatmamış bir el qızıdı!
Heç görmədim saç ağara sevgidən,
Saç ağarar ağrı – acı, qeyridən,
Ay Hüseyin, qüssə, qəhər qəlb didən,
Qənirsiz bəxtəvər bəxtdən razıdı?
Güzeldi gardaş severek okudum.
Yüreğine kalemine sağlık yürek sesin hiç susmasın.....
Selam