Şair, yaşa hələ
Şair, yaşa hələ
(Şair Vahid Sabahın “Şair ölmə, yaşa hələ” şeirinə qarşılıqlı) Nə qədər ki, saçlarına Adda-budda dən düşməyib, Nə qədər ki, üz - gözünə Çöysüyübən çən çökməyib, Ölmək nədi, yaşa hələ! Bu dünya bir nağıl, yazdı, Bir gözəldi işvə, nazdı, Kam alarsan kaman, sazdı, Yaşamağa yüz il azdı, Azar görmə, yaşa hələ! Nuh əyyamdan belə gəlib, Torpaq udub, canlar gedib, Xadim, xain, xanlar gedib, Gedənlərə kim nə edib? Elə demə, yaşa hələ! Söz qananın qadasını Qana – qana özüm allam. Qanmazların köksü üstə Köz basaram, kül, od sallam. Qadan alım, yaşa hələ! Deyirsən dünya qəfəsdi, Gələn, gedən can, nəfəsdi, Dirigözlü öldük, bəsdi, Əndişə, təlaş əbəsdi, Vahid yarat, yaşa hələ! Nə qədər ki, atdığın ox Toxunmayıb daşa hələ, Nə qədər ki, meyil quşun Qonub kamanqaşa hələ, Şair ölmə, yaşa hələ! ~~~~~~~~~~~~~~~~~~~~~ 03.01.2013-cü il |
Tebrik ediyorum.