Məni çağır
Məni çağır
(Şair Vahid Sabahın eyniadlı şeirinə qarşılıqlı) Bu dünya ani dünyadı, Bu dünya fani dünyadı, Bu dünya cani dünyadı, Can deməyə məni çağır! Maşını sürən sükandı, Hər yan bazardı, dükandı, Məkkə müqəddəs məkandı, An deməyə məni çağır! Qəlbim götürməz qınağı, Yaşım yandırar yanağı, İki gözüm qan çanağı, Yan deməyə məni çağır! Kainat köklü, budaqlı, Çöllü, çökəkli, qumsaqlı, Qurddu, qucağı qundaqlı, Dan deməyə məni çağır! Vahid, hanı Vahidimiz? Şər, şərəfsiz şahidimiz, Xalislikdi xahişimiz, San deməyə məni çağır! Yağış yağar ağır – ağır, Dilim yağır, kimdi fağır, Hüseyn, gözümə qan sağır, Qan deməyə məni çağır! ~~~~~~~~~~~~~~~~~~~ 02.01.2013 |
Məni çağır
(Şair Vahid Sabahın eyniadlı
şeirinə qarşılıqlı)
Bu dünya ani dünyadı,
Bu dünya fani dünyadı,
Bu dünya cani dünyadı,
Can deməyə məni çağır!
Maşını sürən sükandı,
Hər yan bazardı, dükandı,
Məkkə müqəddəs məkandı,
An deməyə məni çağır!
Qəlbim götürməz qınağı,
Yaşım yandırar yanağı,
İki gözüm qan çanağı,
Yan deməyə məni çağır!
Kainat köklü, budaqlı,
Çöllü, çökəkli, qumsaqlı,
Qurddu, qucağı qundaqlı,
Dan deməyə məni çağır!
Vahid, hanı Vahidimiz?
Şər, şərəfsiz şahidimiz,
Xalislikdi xahişimiz,
San deməyə məni çağır!
Yağış yağar ağır – ağır,
Dilim yağır, kimdi fağır,
Hüseyn, gözümə qan sağır,
Qan deməyə məni çağır!
~~~~~~~~~~~~~~~~~~~
02.01.2013
Seven üreğ düşse dara
Bülbül düşer ah-ı zara
Geyme heç bir, zaman gara
Dara düşsen, meni çağır....... Dedim mende
Çox gözeldi gardaş beğendim men
Salamlar