Dərbədər, qələndərəm!
Dərbədər, qələndərəm!
Qanım elə ilıqdı Qəlbim belə qırıqdı. Qırımıma təsəllim Bir qılıq, bir də qələm! Həm qəhərəm, həm qəməm, Həm dəliyəm, həm dəməm, Həsrət ilə həmdəməm, Sökər, tökər söz şələm! Ay yarağım, ay qəməm, Bölüşməsəm, bölməsəm, Bu yaradan ölməsəm Başdan aşar dərd, ələm! Ömür verilməz sələm, Şah deyil, şahmar, lələm, Sancarmı hələm - hələm Bir qılınc, bir də qələm?! Hirs, hicran, ya hikkədən, Pul sarıdan, sikkədən, Nəs ildə nəs, siftədən Nədən yazırsan, qələm? Bir səs gəlir qübbədən, Vəhylə vəhdətdəyəm, Bəşər oğlu, mən bəyəm Qüdsdə, qürbətdəyəm?! Çək cəzandı, çərlə sən, Çeşmə kimi tərlə sən, Zalım fələk, zərlə sən Bələrsən elə - beləm!? Hüseyinəm, ey qələm, Çarmıxa çək, çək çətən, Mən bir cəlayi - vətən, Dərbədər, qələndərəm! ~~~~~~~~~~~~~~~~~~~ 01.01.2013 |
Bölüşməsəm, bölməsəm,
Bu yaradan ölməsəm
Başdan aşar dərd, ələm!
Çox gözeldi severek oxudum..............
Slamlar