Heç görmədin
Heç görmədin
Dünya dəniz, dərya, ada, Riyakardı bu dünya da, Fələk atlı, mən piyada, Ala tərkinə, apara. Qada, qandan qaça - qaça Dönmüşəm qasid, çapara. Qəlbim qəmdən parça-para, Çap sinəmi, orda ara. Ah çəkənə Ay da qara, Yaz da qara, yay da qara, Bu gün geyinmisən qara, Səyahət, səfərin hara? Ayaq hara, baş da ora, Asta - asta gedir gora, Göz yaşların acı, qora, Şah könlün dönüb şahmara. Bu dünyanın qəzəbindən, O dünyanın əzabından, Heç görmədin ay Hüseyin, Canlı olan can qurtara. ~~~~~~~~~~~~~~~~~~~ 25.12.2012-ci il |
Riyakardı bu dünya da,
Fələk atlı, mən piyada,
Ala tərkinə, apara.
Çox gözeldi gene gardaş beğendim,
Üreğine sağlıx....... Salam olsun sana ve Ata yurduma.......