Dünyadan nə qandım, nə daddım?
Dünyadan nə qandım, nə daddım?
Yaşım gedir addım – addım, Gözüm baxır maddım – maddım, Demə dərdə kənar, yaddım, Boş dünyadan mən nə qandım? Yaşım gedir yavaş – yavaş, Faydası nə, vuruş, savaş, Bir başa sal məni, a daş, Dürr dünyadan mən nə daddım? Çox da varlı, çox da hallı, Mülkədardı, mülklü, mallı, Min havalı, vaylı, vallı, Bu dünyadan mən nə qandım? İblislikdi iş – peşəsi, Şefdi, şellənir şeşəsi, Tükənmir ki, əndişəsi, Əh, dünyadan mən nə daddım? Kim dadası, kim şişəsi, Qadası, şitdi şirəsi, Qanım soran bit – birəsi, Şit dünyadan mən nə qandım? Yaşım gedir addım – addım, Bir gün qəmli, bir gün şaddım, Qəliz dünya əyir qəddim, Bəd dünyadan mən nə daddım? Gələn qalar qonaq kimi, Qırhaqırda qıraq kimi, Sönər, gedər çıraq kimi, Qıt dünyadan mən nə qandım? Bəylər deyir vəfasızdı, Səylər deyir səfasızdı, Şərəfsizdi, şəfasızdı, Bıy, dünyadan mən nə daddım? Yaşım gedir yaman, a daş, Ürək ünlü, qayğılı qaş, Hüseyin, qalmışam çaş - baş, Çiy dünyadan mən nə qandım? ~~~~~~~~~~~~~~~~~~~~~~~ 17.12.2012-ci il |
Bir gün qəmli, bir gün şaddım,
Qəliz dünya əyir qəddim,
Bəd dünyadan mən nə daddım?
Gələn qalar qonaq kimi,
Qırhaqırda qıraq kimi,
Sönər, gedər çıraq kimi,
Qıt dünyadan mən nə qandım?
Bəylər deyir vəfasızdı,
Səylər deyir səfasızdı,
Şərəfsizdi, şəfasızdı,
Bıy, dünyadan mən nə daddım?
Yaşım gedir yaman, a daş,
Ürək ünlü, qayğılı qaş,
Hüseyin, qalmışam çaş - baş,
Çiy dünyadan mən nə qandım?
~~~~~~~~~~~~~~~~~~~~~~~
17.12.2012-ci il
Gardaş çoxtandı yoxtun haralardaydın, şiirin gene çox yağşıdı,
Üreğine saxlık salamlar