2
Yorum
0
Beğeni
5,0
Puan
1192
Okunma
Nələr dedim?
Ay qız, sənə nələr dedim,
Bir quzusan, mələr dedim,
Yəqin bir gün gələr dedim
Biz də çatarıq vüsala.
Qaşı qara, gözü ala,
Kirpiyi ox, yanaq lala,
Quşum qonub qoşa xala,
Biz də çatarıq vüsala.
Ahı, amanı, fəryadı,
Söz sinəmdə sel, dəryadı,
Duyuq salma yaxın, yadı,
Biz də çatarıq vüsala.
Canım, canı cana cala,
Dil - dodağı yağa - bala,
Ay Səngərli, bala - bala,
Biz də çatarıq vüsala.
~~~~~~~~~~~~~~~~~~~
25.11.2012-ci il
5.0
100% (1)
Hesabınıza giriş yapın ya da yeni üyelik oluşturun.