1
Yorum
1
Beğeni
5,0
Puan
1170
Okunma
Kim deyir evlada yanmır ürəyin,
Saçını ağardan söylə,kim olub?
Ağrılı günümdə qəlbinin teli
Bəmdə nalə çəkən sarı sim olub.
Anam söyləyərdi...Çocukluğumda
Eyvandan neçə yol yıxılmışam
mən.
Bacım tez-tələsik hayıma çatıb,
Sən isə dədəmdən həya etmisən.
İçində yüz defa ufuldamısan,
Üzdə acıqlanıb deyınsən yenə.
Qoşub gəlməsən də,yetişməsən də,
Ürəyin hamıdan tez çatıb mənə.
Dərdli günlərimin hər dəqiqəsi,
Qəddini bir az da əyirmiş,demə.
Mənim ayağıma dəyən daş,baba,
Sənin ürəyinə dəyirmiş,demə.
Gönlündə bir ocaq,kipriyində od,
Çiyninidə yük olub mən
böyüyüncə.
Hər addim alnında bir qırış yeri...
Yoxuşun dık olub mən
böyüyüncə.
Getdin uzaqlara...O ilin,ayın
Hər ötən gününü bir-bir sayıram.
Əyilib alnımdan öpdüyün yeri
Hələ də,hələ də sığallayıram.
*
Qayıt,qayıt!-dedim,qayıt,dön geri,
Ruhumu ruhuna qatım,mən baba!
Qolumu başının altına qoyum,
Səni qucaqlayım yatım,mən baba!
5.0
100% (1)