KEHER (YORĞA) ATIM
BƏDÖY KƏHƏRİM MƏNİM
Buraxmışam başını atım çapır dörd nala, Məsləkim aydın deyil, çıxmışam uzun yola. Cilovunu çəkməyə çatmır hünərim mənim, Altımda cövlan edir bədöy kəhərim mənim. Mən atı ram edincə, özümü ram ediblər. Mən getdiyim yolları məndən əvvəl gediblər. Atım gedir ha yana, mən də çapıram ora, Məni də cilovlayıb salıblar qızıl tora. Mən hara yəhər hara, özüm də xam, at da xam, Ətrafımın əlindən qurtara bilmir yaxam. Həyatla oynayıram, yoxsa sınayır məni, Qınaq yeri olmuşam, bir el qınayır məni. Yəhərə bağlanmışam, kəhərdən yıxılmıram, At çapır havalanır mən isə sıxılmıram. Atımı cilovlasam olmayacaq xam onda, Ətrafımın əlindən qurtarar yaxam onda. Fikir xəyal götürüb cilovu dartımmı mən, Düşdüyüm qızıl toru dağıdıb yırtımmı mən. Gücüm də qalmayıbdır cilovu darta bilim, Düşdüyüm qızıl toru dağıdıb, yırta bilim. |
BƏDÖY KƏHƏRİM MƏNİM
Buraxmışam başını atım çapır dörd nala,
Məsləkim aydın deyil, çıxmışam uzun yola.
Cilovunu çəkməyə çatmır hünərim mənim,
Altımda cövlan edir bədöy kəhərim mənim.
Mən atı ram edincə, özümü ram ediblər.
Mən getdiyim yolları məndən əvvəl gediblər.
Atım gedir ha yana, mən də çapıram ora,
Məni də cilovlayıb salıblar qızıl tora.
Mən hara yəhər hara, özüm də xam, at da xam,
Ətrafımın əlindən qurtara bilmir yaxam.
Həyatla oynayıram, yoxsa sınayır məni,
Qınaq yeri olmuşam, bir el qınayır məni.
Yəhərə bağlanmışam, kəhərdən yıxılmıram,
At çapır havalanır mən isə sıxılmıram.
Atımı cilovlasam olmayacaq xam onda,
Ətrafımın əlindən qurtarar yaxam onda.
Fikir xəyal götürüb cilovu dartımmı mən,
Düşdüyüm qızıl toru dağıdıb yırtımmı mən.
Gücüm də qalmayıbdır cilovu darta bilim,
Düşdüyüm qızıl toru dağıdıb, yırta bilim.
Seyraqif Coculu (Seyraqif Coculu)
Azerbaycan Türkçesiyle yazılan, bu anlamlı ve güzel dizeleri sevgili şair Seyraqif Coculu, dostumu kutluyorum.Şiir yolunda başarılar diliyorum kardeşime Yunus diyarından selamlar.Bayramınızı da kutluyorum.