Ağla gözlərim, ağla
Ağla gözlərim, ağla
Demirəm ki, arsız ol, A göz giləm, barsız ol, Qayğısız ol, qarsız ol, Ağla gözlərim, ağla. Bir cüt çuxur qazılıb, İçinə qan sağılıb, Sanki ağın saralıb, Ağla gözlərim, ağla. Gecə, gündüz göynərsən, Çeşmim didər, çeynərsən, Neştər deşsə neynərsən? Ağla gözlərim, ağla. Çoxda çox çeşmə, çeşmək, Çağla neysantək, neynək, Nəyinə gərək eynək? Ağla gözlərim, ağla. Pozulub saflıq, paklıq, Hara baxdın haqsızlıq, Hanı bakirə, qızlıq? Ağla gözlərim, ağla. Gözüm, görmə qınağı, Sınıq, sınmaq, sınağı, Yaş yandırsın yanağı, Ağla gözlərim, ağla. Qoy qapansın qaran da, Lap qanasa yaran da, Yoxsa pulun – paran da, Ağla gözlərim, ağla. Elə ağla sel olsun, Axsın dərya, göl olsun, Dərdin “Sarıtel” olsun, Ağla gözlərim, ağla. İnsan olan nə qədər Qəlbində qədər əkər, İçində hicran çəkər? Ağla gözlərim, ağla. Bu eybəcər dünyadan, Həftəbecər dünyadan Belə doyub, bezmişəm. Ağla gözlərim, ağla. ~~~~~~~~~~~~~~~~~~ 01.10.2012 - ci il |
TEBRİKLER
Dilerim yaşadığın doğduğun şehir ve adım atığın her yer neşe ve huzur dolar
Selam Saygı Sabır ve Dua İle
A.E.O