Vətəndə
Vətəndə
Vətən oğlu – Vətən daşı, Qal Vətəndə, daş, qum daşı. Qürbət ellər qızıldısa, Doğma Vətən onun qaşı! Yad ellərin yarmasından, Qovurması, bozbaşından, Qızartması, daş-başından Dadlı, duzlu Vətən aşı! Bu dünyanın varı dəyməz, Bol bəhrəsi, barı dəyməz, Kam almasan karı dəyməz, Boş axmasın gözün yaşı! Qaş qaralar Gün batanda, Ömür bada baxt yatanda, Aman verməz bircə an da Əcəl yetib, vaxt çatanda. Qranitdən, ya mərmərdən, Xeyri nədir, bəzə zərdən, Məzar yayınmaz nəzərdən, Qismət, qoyulsa başdaşı! Dərya, dəniz, göl Vətəndə, Nəyin varsa, böl Vətəndə, Hüseyin, qal, öl Vətəndə, Oğul desin qoy Vətən də! 24.07.2012-ci il |