Mənim dərdim
Mənim dərdim
O durnalar uçur hara? Dilim yara, para-para, Xəstədən xəbər apara. Mənim dərdim qar dərdidi. Bir mərəzə düçar oldum, Nahaq yerdən naçar oldum, Sir sözümü açar oldum, Mənim dərdim nar dərdidi. Dinlə deyim xanə - xanə, Bağrım başı şanə - şanə, Qəlbimdə niskil, nişanə, Mənim dərdim bar dərdidi. Bir saz ola, bir tar ola, Çalan barmaq şahmar ola, Muğam “Segah”, “Qatar” ola, Dərdim şahmar, mar dərdidi. “Dilqəmi”də dil lal ola, Qəmli qəlbim hal – hal ola, Olmazlar yoxdan var ola, Mənim dərdim var dərdidi. Al yanaqda xal xal ola, Başında örpək, şal ola, Vurulduğun halal ola, Mənim dərdim ar dərdidi. Ay Hüseyin, Qar bəhanə, nar bəhanə, Bar bəhanə, tar bəhanə, Söz deməyə var bəhanə, Dərdim yaylaq, yar dərdidi. 21.07.2012 |
Dilim yara, para-para,
Xəstədən xəbər apara.
Mənim dərdim qar dərdidi.
Bir mərəzə düçar oldum,
Nahaq yerdən naçar oldum,
Sir sözümü açar oldum,
Mənim dərdim nar dərdidi.
Dinlə deyim xanə - xanə,
Bağrım başı şanə - şanə,
Qəlbimdə niskil, nişanə,
Mənim dərdim bar dərdidi.
Bir saz ola, bir tar ola,
Çalan barmaq şahmar ola,
Muğam “Segah”, “Qatar” ola,
Dərdim şahmar, mar dərdidi.
“Dilqəmi”də dil lal ola,
Qəmli qəlbim hal – hal ola,
Olmazlar yoxdan var ola,
Mənim dərdim var dərdidi.
Al yanaqda xal xal ola,
Başında örpək, şal ola,
Vurulduğun halal ola,
Mənim dərdim ar dərdidi.
Ay Hüseyin,
Qar bəhanə, nar bəhanə,
Bar bəhanə, tar bəhanə,
Söz deməyə var bəhanə,
Dərdim yaylaq, yar dərdidi.
21.07.2012
huseyn huseynov (huseyn)
Çox gözeldi sevdim gardaş şiirini
Salam olsun elimize obamıza....