Tövbə dedim tövrünə
Tövbə dedim tövrünə
O çırağa, şama pərvanə mənəm, Çağa olam, nağıl deyə qoy nənəm, İllər keçdi, dəyişməmiş, həmənəm, Onunçün də zil caçları dən – dənəm. Mən də qibləm bildim a dünyam səni, Dumanlı dünyasan, dur, duyam səni, Dirilik suyunda sus, yuyam səni, Mötəbər ol, alın qoyum möhrünə. Duyğusal ol, dünya dəymə dəmkeşə, Qayğı vermə qayğıkeşə, qəmkeşə, Möhnət vermə möminə, möhnətkeşə, Mehman olum, meyil salım mehrinə. Möhlət vermə möhtəkirə, zəliyə, İllət çəkə, ilan kimi məliyə, Ağıl versən divanəyə, dəliyə, Mən də düşüm möcüzənə, sehrinə. Hüseyinəm, hərnəsəm də, oymuşam, Həqiqət yolunda baş da qoymuşam, Dünyam, səndən doğru-dürüst doymuşam, Törənişdən tövbə dedim tövrünə. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 19.07.2012 - ci il |
O çırağa, şama pərvanə mənəm,
Çağa olam, nağıl deyə qoy nənəm,
İllər keçdi, dəyişməmiş, həmənəm,
Onunçün də zil caçları dən – dənəm.
Mən də qibləm bildim a dünyam səni,
Dumanlı dünyasan, dur, duyam səni,
Dirilik suyunda sus, yuyam səni,
Mötəbər ol, alın qoyum möhrünə.
Duyğusal ol, dünya dəymə dəmkeşə,
Qayğı vermə qayğıkeşə, qəmkeşə,
Möhnət vermə möminə, möhnətkeşə,
Mehman olum, meyil salım mehrinə.
Möhlət vermə möhtəkirə, zəliyə,
İllət çəkə, ilan kimi məliyə,
Ağıl versən divanəyə, dəliyə,
Mən də düşüm möcüzənə, sehrinə.
Hüseyinəm, hərnəsəm də, oymuşam,
Həqiqət yolunda baş da qoymuşam,
Dünyam, səndən doğru-dürüst doymuşam,
Törənişdən tövbə dedim tövrünə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
eziz dostum şiirin çox qeşey olmuş üreyine qelemine min bereket
salam ve hörmet yolluyuram