ÖZ DİLİNE SAHİB ÇIK
ÖZ DİLİNƏ SAHİB ÇIX
Əziz qardaş öz dilinə sahib çıx, Yoxsa başqa dilə kölə olarsan. Dartarlar o yana, bu yana səni, Yadın qoltuğunda şələ olarsan. Qoyarlar düz, nişangahın önünə, Vurarlar hey, uzununa, eninə, Ya sığışdı, sığışmadı şəninə, Kiminsə önundə tələ olarsan. Tez düşərsən fələklərin oynuna, Boyunduruq keçirərlər boynuna. Çox salarsan əllərini qoynuna, Axırda dönərsən, kələ olarsan. Coculu der, gəl özünə dönüş sən, Kürsülərdən öz dilində danış sən, Əgər olsan millətlərə tanış sən, Onda kimlərə sə Lələ olarsan. |