AĞLADI
AĞLADI
Kars ilinin ünlü ozanı aşıq Ömər Dumana Ömər Duman, avazını dinlədim, Sızladı bağrımın başı ağladı. Kövrək səsin Borçalıya çatınca, Şindinin torpağı, daşı ağladı. Aşıq Şennik bu yerlərdən keçibdir, Ustatdığın şərbətini içibdir, Tanrı səni ona varis seçibdir, Könlümün yaralı quşu ağladı. Karsa yolu Borçalıdan saldılar, O üz, Bu üz Qarapapaq oldular, Sizi bizdən, bizi sizdən aldılar, Millətin altıdan beşi ağladı. Coculu ruhunu verdi Dumana, Baxdı ozanlara, gəldi gümana, Neynəyək vəfasız oldu zamana, Miskin halımıza, naşı ağladı. |
canı gönülden tebrik eder saygılar sunarım
saygılarımla...