Fələk qoymaz
Fələk qoymaz
Sazlı – sözlü məclislərin Məndən ayrı, mənsiz keçir, Zamanında köçün köçür, Soyuluram sonam dağlar. Qoşa qollar uzalıdı Uzaqlardan ona sarı, Buyur demir buzu, qarı Bir qoynuna qonam, dağlar. Ürəkdən, qəlbdən bağlıyam, Can deyəm, coşam, çağlıyam, Dolam, doyunca ağlıyam, Dolaylarda donam, dağlar. Kövrək, könülsüzdü könlüm, Bada gedir bahar ömrüm, Şam tək yanar, yaxar ömrüm, Bağrım başı şanam, dağlar. Yazda yada salam, anam, Qismətim bu, oda yanam, Hisslərimi necə danam, Mən də qanam, canam dağlar. Nə gedir ömürdən gedir, Qəm – qəhər elə qərq edir, Hüseyn yoxsa nə fərq edir? Fələk qoymaz doyam dağlar. ~~~~~~~~~~~~~~~~~~~~~ 12.07.2012-ci il |