Tək taleyim yar olsun
Tək taleyim yar olsun
Nə şöhrət istərəm, nə şərbət mənə, Nə töhmət istərəm, nə rüşvət mənə, Hörmətsiz etməsin heç hörmət mənə. Tanrıdan taleyim tamam yar olsun Təmiz ad, təmiz dad, tək şərəf mənə. Əcəl çöküb sinəsinə, baş gələndə balınca, Əzrayıl da xırpalayıb, lap canını alınca, Qapdıqları sandıqlarda qalaq-qalaq qalınca, Çuval-çuval var-dövləti kim apardı dalınca? Göz qapalı, əllər açıq, boşca getdi, yalınca, Kor olmuşlar şahid oldu, gora yola salınca. Ey Hüseyin, söz bağçamdan barımımı dəriflər? De təbimə tamam yaddı təmtəraqlı təriflər, Ölümünü yada salsın hərislərlə, həriflər, Ləldən, zərdən ziyan çəkər elə zehni zəriflər, Söhbət-sözdü düzdüm-qoşdum xırda - xırda, narınca. ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 26.06.2012-ci il |
selam ile