Şeir necə yaranır?
Şeir necə yaranır?
Şeir bir sözdən yaranır, Ocaqdan, közdən yaranır, Qara qaşlı, qara gözlü Gözəldən, gözdən yaranır. Şeir çəhlim, çəmən, çiçək, Duman, çiskindən yaranır. Zəmilərdə sümbül, süsən, Misdən, miskindən yaranır. Gülər üzlü, şirin ləhcə, Ana dilim türkü, türkcə, O teylənmiş tülək, təkcə Cüyür, ceyrandan yaranır. Şeir dili axıcıdı, Yandırandı, yaxıcıdı, Bəlkə falçı, baxıcıdı? Fitnə, feildən yaranır. Şeir yazdan, şeir sazdan, Şeir durna, şeir qazdan, Şeir nağıl, şeir nazdan, Şeir meh, şehdən yaranır. Şeir bulaq, qaynar çeşmə, Şeir orman, şeir meşə, İç dünyamı eşə - eşə, Şeir “of”, “eh”dən yaranır. Şeir halal, şeir haqdan, Şeir vardan, şeir yoxdan, Şeir acdan, şeir toxdan, Şeir az, çoxdan yaranır. Şeir uzun, əbədi yol, O yolların yolçusu bol, Ağla, sızla, boşal da, dol, Darlıq, genlikdən yaranır. Şeir sevinc, sevgi, kədər, Şeir qəza, qəflət, qədər, Şeir boş şey, bir heç, hədər, Şeir şenlikdən yaranır. Qiyamət var, həm qismət var, Abır, həya, həm ismət var, Hüseyn, şeirdə hikmət var, Şeir şey – şüydən yaranır. ~~~~~~~~~~~~~~~~~~~~~ 02.07.2012-ci il |