KARABAĞI ALMAK İÇİN GEDERDİM
QARABAĞI ALMAQ ÜÇÜN GEDƏRDİM
Əllərimdə elə imkan olaydı, Qarabağı almaq üçün gedərdim. Şad eyləyib Vaqifin də ruhunu, Şuşamızda qalmaq üçün gedərdim. Işlədərdim hiylələri, fəndləri, Kəsdirərdim bərələri, bəndləri, Azad edib şəhərləri, kəndləri, Kəməndimə salmaq üçün gedərdim. Düşmən düşüb havadarın oynuna, Qorunmağa girib isti qoynuna, Tor atardım yoğun peysər boynuna, Qanadını yolmaq üçün gedərdim. Güc eyləyə bilməsəydim düşmənə, Nəyə gərək ayaq mənə, baş mənə, Onda qalır bircə dənə iş mənə, O cənnətdə ölmək üçün gedərdim. Pərdəmi var, bu dünyanın gözündə, Etibar yox BMT-nin sözündə, Bir neçə üzdür ATƏT-in üzündə, Həqiqəti bulmaq üçün gedərdim. Coculu der, dərdlərimiz çox indi, Halımıza bir ağlayan yox indi, Zaman gəlib yetişibdi bax indi, Yetər!!.. Azad olmaq üçün gedərdim!.. |