KÖHNƏ
Köhnələr əsla sevilməz
dostların da artıq köhnəsi yoxdu. Vicdan, əqidə də köhnəliyin qalığı kimi nənələrin paslı, qıfıllı, böyük sandığında qalıb... Ruhlar da köhnədi, maraqsızdı çünki birinci həyatlarının təkrarlarıdı. Biz təkrarlarda səhvlərimizi düzəltmədik bəlkə elə ona görə də köhnəldik... Duydum, artıq duydum sənin də köhnəliyini çevirmirsən həyat səhifələrini saatın istirahətdə gözlərin bir nöqtədə köhnəliyin musiqisini dinləyirsən yenilik tapmaq ümidiylə... Sözlər də köhnəliyin qurbanıdı səhər yazdığın sözə cavab gecə yuxuda müəllifin qınağıdı təzə sözlərsə birinci həyatın kodlarıdı və beləcə böyük bir köhnəlik yaşayırıq, kədər və təəssüf dolu, bir anlıq həyat. Təzə və ikincianın ümidiylə.... |