İnşallah
İnşallah
Torpağımın gözü yaşdı, Yanmayanlar qəlbi daşdı. Daşnakdan qurtuluş yolu Dava-dalaş, qan, savaşdı! O dağlarda, dolaylarda Dolub, donqarlar dolaşır, Bağımda bayquş ulaşır, Simasızlar silahdaşdı! Yağla, tuşla top – tüfəngi, Bayrağımın rəmzi rəngi, Zəfərlərə səslər cəngi, Nəm-nümlərdə nə təlaşdı? Gavırlar sevməz gerbini, Həriflər həmən hərbini, Dadarlar Türkün zərbini, Ağrıdağım, ağrın aşdı! Baş ucaldan, üz ağardan Halal nemət, namdı, nandı, Vətən, torpaq, ana andı And – amandan uca, başdı! Azərbaycan əsgəri də Səf-səf, sərvaxt, səngərlərdə, Sülhə səslər süngülər də, Müjdə xəbərlər dolaşdı! Səngərli, çəkdik acılar, İnşallah, yollar açılar, Ay Allah, ana - bacılar Qalmasınlar gözüyaşdı! ~~~~~~~~~~~~~~~~~~~~ 14.06.2012 |