Körpələr də küçələrə atılarmış
Körpələr də küçələrə atılarmış
Adəmi torpaqdan yaratdı Allah, Atasız – anasız xəlq oldu vallah. Ona həmdəm oldu qabırğa Həvva, Daşlara sitayiş edən müqəvva. Di gəl olma möcüzəyə sən valeh, Hər canlıya Tanrı yazmış bir taleh. Dillərdə dastandı Zərnigar – Valeh, Qayadan yarandı dəvə də, Saleh. Şəkk eləmə, şəhadəti şəkildi, Çarmıxa çəkildi həzrəti İsa. İman da gətirtdi sehrbazlarda Sehrli əsayla peyğəmbər Musa. Sübut üçün kim axtarsa, arasa Yaradanım, yazılmışdı harasa, Atasız – anasız yaranan varsa, Altıncı varlıqdı canlı yarasa. Səmud qövmü öz rəbbini tanımamış, O səbəbdən mərhəmətdən uzaq qalmış. Şeytan şərinə uyanlar cəzalanmış, Möcüzədə nə İlahi ibrət varmış. Ata – anasız doğulan məsumlar da Bir bəlaya baiskarmı, günahkarmı? Alınarmış, satılarmış, ala – toran Ay Allahım, küçələrə atılarmış! ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~ 05.06.2012 |