Xoş halına bulaqların
Xoş halına bulaqların
Çeşmələri cəngi çalar Zəmzəm sular zəngi çalar, Ləl suları ləngi çalar Zümzüməli bulaqların. Şırıldayar, şıppıldayar, Şıltaqlıqdan şırşır axar, Soyuq, sazaq sırsır axar, Gözü göynər bulaqların. İştah açar diş göynədən, Həzm eləyər yaxşı gödən, Adam da keçməz öynədən Öyrəşəndə, bulaqların. Duru axar, xası gedər, Yaylaqların yası gedər, Qulaqların pası gedər, Payızı pak bulaqların. Yazı, yayı say cənnətdi, Zimistanı vay, zillətdi, Kam almasan oy, illətdi İlham verən bulaqların. Qarı qurdlar buzlaqların, Duzu nemət duzlaqların, Səngərli, aç qulaqların, Xoş halına bulaqların. ~~~~~~~~~~~~~~~~~~ 04.06.2012-ci il |
Həzm eləyər yaxşı gödən,
Adam da keçməz öynədən
Öyrəşəndə, bulaqların.
Duru axar, xası gedər,
Yaylaqların yası gedər,
Qulaqların pası gedər,
Payızı pak bulaqların.
Yazı, yayı say cənnətdi,
Zimistanı vay, zillətdi,
Kam almasan oy, illətdi
İlham verən bulaqların.
Qarı qurdlar buzlaqların,
Duzu nemət duzlaqların,
Səngərli, aç qulaqların,
Gardaş gözel yazıpsan oxudum çox şad oldum
Sende şad olasan
GECEN XEYİR GARDAŞ