Sanma sağlaram
Sanma sağlaram
Ərş uzaqdı, əlim çatmaz, Buludlara dişim batmaz, Sərsəm qəlbim oyaq, yatmaz, Oturub zar – zar ağlaram. Vaxt da keçir aram – aram, Bu gün varam, sabah yoxam, Divardan asılar soxam, Bax onda solmuş bağlaram. Qələm dolu darağ ola, Yara vuran yarağ ola, Bir də bir ağ varağ ola, Onda dağları dağlaram. Dönə - dönə döyün ürək, Döyünməyin mənə gərək, Sən də bərk əs, kəs ey külək, Çaylarda sel tək çağlaram. Ov insafsız, ovçu xəstə, Durnalar da dəstə - dəstə, Qaqqıldaşar zildə, pəsdə, Dəstəyə dastan bağlaram. Gözüm qalar gözəllərdə, Naz eyləyər gözəllər də, Qəmzələri qəzəllərdə, Mənsə təklikdən zağlaram. Bir mesaj yaz oxuyum mən, Misra – misra qoxuyum mən, Sözdən çələng toxuyum mən, Boşalmış bostan, tağlaram. Ahu, tutar səni haım, Dolar, boşalar mey camım, Cəfa çəkən cismim, canım, Səngərli, sanma sağlaram. ~~~~~~~~~~~~~~~~~~~~ 01.04.2012-ci il |