OLMASAYDI
Dünya düz gedərdi düzlüyə doğru,
İçində şeytanı çox olmasaydı. Kimsə başqasını xor görərdimi, Müftəxor harınlar tox olmasaydı. Aranı qatanlar görünərdimi, İnsan zülm içində sürünərdimi, Ədalət zülmətə bürünərdimi, O nurlu ərənlər yox olmasaydı. Fitnə toxumunu kim əkərdi ki, Zalımın qəhrini kim çəkərdi ki, Günahsız qanları kim tökərdi ki, İblisin atdığı ox olmasaydı. Cəhənnəm alovu sönərdi yəqin, Yer üzü cənnətə dönərdi yəqin, Göydən mələklər də enərdi yəqin, Dillərdə çəkilən ax olmasaydı. |