Ürəyi də satmağ olar?
Ürəyi də satmağ olar?
Köhnələndə, daralanda, Libasın lap saralanda, Rəngin – ruhun qaralanda Köhnəsini atmağ olar! Xəfif əsər, çırpar çisək, Çitək-çitək çəmən çiçək, Çeşməsindən inci içsək, Xəyallarda batmağ olar! Səhər - səhər sir - sifətin, Sinəni də sis bürüyər, Qab - qazanı his bürüyər, Malı mala qatmağ olar? İz itirib, itib, azmağ, Cırhacırda cızmağ, yazmağ, Sızqı kimi daşdan sızmağ, Qaya kimi qartmağ olar! Cəhrəsində əlçim, yumağ, Nəhrəsində sapsarı yağ, Ayranı ağ, yağlı quymağ, Qazanında qazmağ olar! Enib yarğanın qaşına, Söykənəsən sal daşına, Girib yorğanın yaşına, Yastığında yatmağ olar! Çıxar çır – çırpı qapıdan, Qorxu yox duman qatıdan, İlmələr ipdən, çatıdan, Od – ocağın çatmağ olar! Əl uzatsan əlin çatmaz, Kəsim kəssən kəlin çatmaz, Qiymət versən ləlin çatmaz, Çaxılmayan axmağ olar! Tər sinəni teyləmisən, Bir xatadı eyləmisən, Xeyir verdin eləmi sən? Sonrası satılmağ olar! Necə duyğu, necə hissdi, Pisikməyin nəyi pisdi? Sinən sirdi, simdi, sisdi, Sadalasan saymağ olar? Ay Səngərli, dirəyindi, Arxa – dayaq, kürəyindi, Vətən sənin ürəyindi, Ürəyi də satmağ olar?! ~~~~~~~~~~~~~~~~~~ 24.03.2012-ci il |
Gardaş veten üreğdi veten aşktı... veteni satan haindir o ise ölmelidir...
Xoşbext ol hüseyin gardaş salam