ÇAL SAZINLA ÇAĞIRAQ-----(Ozan Fədai qardaşıma xitabən)
Elli Şükür
ÇAL SAZINLA ÇAĞIRAQ-----(Ozan Fədai qardaşıma xitabən) Haray çəkdim,səsim ,ünüm heç yetmir Gəl Ozanım , çal sazınla çağıraq O dağları qarmı basıb ,eşitmir Gəl Ozanım , çal sazınla çağıraq Novruz gəldi tonqalı yox yurdumun Özləməzmi buz bulağı Xudumun Dəlı dağım,Poylu yalım,Murğuzum Gəl Ozanım , çal sazınla çağıraq HJəsrətindən kül olmazmı o dağlar Gunahkardır oylağında yağılar Sinəsində qəriblik tək dağı var Gəl Ozanım , çal sazınla çağıraq Evlərmizin qapısını açan yox Həyət- baca kol-kosuna baxan yox Bir baxacaq ,bir soracaq insan yox Gəl Ozanım , çal sazınla çağıraq Göyəmliyə ilk baharın gəlməsi O toy Şinkar,hop-hopların nəğməsi Bağköşəndə gəlın-qızın şux səsi Gəl Ozanım , çal sazınla çağıraq Haqqıxlının haq səsiyəm-- Elliyəm Turan yurdum,türk soyluyam,bəllıyəm Can Fədaim. o türkünə dəlıyəm Gəl Ozanım , çal sazınla çağıraq Ozan Fədai--mənim Almaniyada yaşayan şair dostum ,aşıq,ozan |