Çanakqala --Türkiyədir,....keçilməz!!!Çanakqala türklüyümün qalası Türkiyənin kürəyidir,....keçilməz Var düşmənin fitnə fəsad tələsi Çanakqala ---Türkiyədir,....keçilməz!!!! Saçlarını kəsib satan analar Oğulların xınalayan analar Balalarnın üstün açan analar Çanakqala ürəyidir,...keçilməz!!!! Top mərmisin təkbaşına qaldıran Onbaşıdır ,"Vətən" deyib güc alan O atəşdir qarı düşmən qaytaran Vətən qeyrət dəyəridir,...keçilməz!!!! Əzrayıl da hücumdaydı hər yandan Ölüm saçan mərmi yağır göylərdən Öldürdülər Ölümü də gözlərdən Arxa Vətən önəmidir ,...keçilməz!!!!!! Onbeş yaşlı o fidanlar "onbeşlər" Tüfəng belə ondan böyük görünər Necə məğrur necə şəstlə yeriyər Bu türklüyün biləyidir ,.....keçilməz!!!! O yerləri bircə gedib görəydim O sahildən ,o sulardan soraydım O torpağa bir SƏCDƏDƏ duraydım Sinəm geniş Dağ sipəri ,....keçilməz!!!! Tarix yazdı, dastan qoşdu dünyaya Dost gəlışi xoşdu yenə buraya Elli deyər çəkinmədən doğruya TURAN türkün Birliyidir,...keçilməz!!!! |