Qəlizdi xalqın qəzəbi
Qəlizdi xalqın qəzəbi
Əsən yeldi, coşan seldi Qızanda xalqın qəzəbi. Kəsər, kətmən, kəsən beldi, Xatadı xalqın qəzəbi! Qaynar bulaq, çağlar çaydı, Qaynar Günəş, parlaq Aydı, Dartılan ox, kaman, yaydı Gərilsə xalqın qəzəbi! Fəryad, fəğan, fəsad, feldi, Sızlar çeşmə, ağlar teldi, Birləşəndə bütöv eldi Çağlasa xalqın qəzəbi! Atım - atım atılanar, Çatı qırar, çatılanar, Dərya kimi çalxalanar Artanda xalqın qəzəbi! Didələrdə qanlı yaşsa, Qəza, qədər aşsa - daşsa, Cəbr, cəza həddin aşsa, Cəzadı xalqın qəzəbi! Yaba, qazma, küplü toxa, Nə kor qanar, nə də koxa, Qənim olar qəddar, toxa, Yamandı xalqın qəzəbi! Yuxudadı, yatmış pələng, Nə top qanar, nə də tüfəng, Dil qopardar, dağıdar əng, Dəlidi xalqın qəzəbi! ~~~~~~~~~~~~~~~~~~~~ 03.03.2012-ci il |
Yamandı halkın gazabı azeri dostum seni kutlarım
oxuyanda şad oldum necesen gözel yazırsan xoşbext ol