VİCDAN
Vicdanlı olmaq
insan olmaqdı ziyalı, mənən zəngin olmaqdı Yer yox “Kasıblar” planetində yaşayırıq biz. Vicdansız insan torpağın qidası olan cəsədə bənzəyir hər tərəfdə baş daşları dikəlir Yer yox “Ölülər” planetində yaşayırıq biz. Vicdan Çingizin ağlayan səsində yıxılan kamerasında qaldı. Vicdan acından ölən uşağın yalvarışlı gözlərində dilənən qocanın əsən, qırışlı əllərində qaldı. Yer yox “Vicdansızlar” planetində yaşayırıq biz. Şeytanın sehirli çubuğuyla edilən hər günahda kiçilir, qaralır vicdan hər dəfə də bağışlanmağa tənbəllik edir insan. Tənbəllik libasını soyunmasaq Vicdanın yox olma şeytanın Allah olma təhlükəsi var... |