DƏDƏ QORQUD
DƏDƏM QORQUD
Dinlə məni tanımayan Dədəm Qorqud ad qoyurdu Söz söyləyib qopuz çalıb Mahiyyəti doğururdu Dünyamıza Loğman idi Elçilik də, ondan idi Ön sözü də sondan idi Aydınlığa çağırırdı Alp ərənlər qılınc vuran Meydanlarda döyüş quran Vətəninə Bəkçi olan İgidləri yoğururdu Bilrlik vardı Salur kimi Buğac ,Beyrək Çoban kimi El malını Qazan kimi Qorumağa çağırırdı Burlaxatun ,Banuçiçək Selcanların gözəl göyçək İsmətini gözləyəcək Qüdsiyyətə çağırırdı Qoca dünya Qorqudluydu Qazan xanı Koroğluydu Koroğlumuz Qoroğluydu Saz sözüylə çağırırdı Dünya döndü həmzələşdi Zinalaşdı məlıkləçdi Burlaxatun yüksəlışdi Ar ,namusa çağırırdı Hardadır o ər ərənlər Dünya MƏNƏM deyənlər Onlar yoxmu? Qorqud yoxdur---dədələr çox Dədə yoxdur---gədələr çox Koroğlu yox---həmzələr çox Qazanlar yox-- aruzlar çox Babəklər yox –əfşinlər çox Nəsimi yox ---zahidlər çox Hürmüzdüm yox--əhrimən çox Insanlar yox--- adamlar çox YOX olan-- OLANDIR---VAR OLANDIR, ÇOX oıan ---olmayandır -----yox olandır |
Saygılarımla.........