Yada salın məni dağlar
Yada salın məni dağlar
Şərqdən doğub gün çıxanda, Ürəyimdən ün çıxanda, Bir gün məni dərd yıxanda Yığnaqların mənsiz dağlar. Qaş qaralıb, gün yaxanda, Qayanda şimşək çaxanda, Sel oynayıb, su axanda Axtararsız məni dağlar. Qəhər boğub, qəm sıxanda, Gözlərimdən nəm sıxanda, Sizlər mənim yaddaşımda, Yada salın məni dağlar. Duman, çənin sürünəndə, Çəmən gülə bürünəndə, Mən uzaqda, siz Vətəndə, Vərəmlədim vallah dağlar. Eh, nar hara, ağ qar hara, Həsrət qaldım dümağ qara, Siz ağ geyin, mən də qara, Qaragünlü mən ay dağlar. Qara bağrım parça - para, Dağ deməkdən dilim yara, Xəyal gedir yaylaqlara, Yalvartmayın məni dağlar. Sizə sözüm yeddi bənddi, Sizdə çəksəm qəm də qənddi, Dərdim-sərim kəhriz, kənddi, Dərdli mənəm, dərd siz, dağlar. Ay Səngərli, səhər mehi, Sənə məlhəm şərbət, şehi, Bəsdi, yetər, çəkdin “eh”i, Eşitmirmi səni dağlar? ~~~~~~~~~~~~~~~~~~~~~ Hüseyn Aslanoğlu (Faxralı) 29.12.2011-ci il |