Qədirsiz "Sona bülbüllər"
Qədirsiz "Sona bülbüllər"
(Şeir görkəmli muğam ifaçısı Qədir Rüstəmovun əziz xatirəsinə ithaf olunur) Ağdamda açacaq güllər, Oxuyacaq of bülbüllər, Qədir köçdü bu dünyadan, Qədərdi, "Sona bülbüllər"! Çox Qədirlər doğulacaq, Göycə göllər soğulacaq, Qəhərlənib, boğulacaq, Qənirsiz "Sona bülbüllər"! Vətən verdi çox itkilər, Məhv oldu bəşər, bitkilər, Öldü, qaldı qəriblikdə Qəbirsiz, "Sona bülbüllər"! Tarım, kamanım, udum, Dünya şöhrətli Xudum, Səxavəti unudum? Qərəz, “"Sona bülbüllər"! Bu yazı beş bənd oldu, Boş qalan el, kənd oldu, Qəriblərə qənd oldu, Qəmsiz “"Sona bülbüllər"! Ağdamı da andıracaq, Yada salıb, yandıracaq, Yana – yana yaşayacaq Qədirsiz “"Sona bülbüllər"! ~~~~~~~~~~~~~~~~~~~~ 16.12.2011-ci il |