Gələr, gedər
Gələr, gedər
El - obada hər bir adam Öz adını alar, gedər. Yaramazın qab - qaşığın Yaltaq, yalan yalar, gedər. Yaxşılığı, yamanlığı Yada salar yaxın, yad da, Təmiz ad da, təmiz dad da Damaqda dad salar, gedər. Bu dünya da bir hücrədi, İnsanları min cürədi. Cürətlisi, cürətsizi, Cürbəcürlər gələr, gedər. Kimi gülünc, kimi gülər, Kim sürünər, kim sülənər, Ay Səngərli, samanlığı Ac da gedər, tox da gedər. ~~~~~~~~~~~~~~~~~~~~ 21.11.2011-ci il |
-yalan dünya her çeşit insan var gibi